Rusiyaya keçməyə cəhd edən 9 pakistanlı saxlandı
DTX Xaçmaz rayonunun Samurçay kəndi yaxınlığında dövlət sərhədini pozmaq istəyənləri saxladı
Bu gün, noyabr ayının 21-də Dövlət Sərhəd Xidmətinin (DSX) Xaçmaz rayonunun Samurçay kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində Azərbaycandan Rusiyaya keçmək məqsədilə Azərbaycan dövlət sərhədini pozmağa cəhd göstərən 9 (doqquz) nəfər Pakistan vətəndaşı saxlanılıb. Bu barədə DSX-nin yaydığı məlumatda deyilir.
Məlumata görə, bu şəxslər dövlət sərhədini pozaraq Azərbaycandan Rusiyaya, oradan isə Avropa ölkələrindən birinə qanunsuz miqrasiya etmək istəyiblər.
Məlumatda fakt üzrə qeyri-leqal miqrasiya kanalının aşkarlanaraq zərərsizləşdirilməsi istiqamətində tədbirlərin davam etdiyi bildirilir.