Sabah Azərbaycanda 31 dərəcə isti olacaq
Milli Hidrometeorologiya Xidməti xəbər verir
Oktyabrın 18-də Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən bildirilib ki, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər saatlarında bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 18-20, gündüz 23-28 dərəcə isti olacaq. Atmosfer təzyiqi 760 millimetr civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-75 faiz, gündüz 60-65 faiz olacaq.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər saatlarında bəzi yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 16-19i, gündüz 26-31 dərəcə isti, dağlıq ərazilərdə isə gecə 7-12i, gündüz 20-25 dərəcə isti olacaq.
1 dəqiqə