XƏBƏRLƏR / Hava

Sabah Azərbaycanda 41 dərəcə isti olacaq YENİLƏNİB

Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib

Sabah Azərbaycanda 41 dərəcə isti olacaq YENİLƏNİB
  • Oxuma müddəti:

    1 dəqiqə

  • 14:38

    Havanın maksimal temperaturunun avqustun 9-da Bakıda və Abşeron yarımadasında 35-40, eyni zamanda Mərkəzi Aran və Naxçıvan MR-da 35-40, bəzi yerlərdə 41 dərəcəyə yaxın, dağlıq rayonlarda isə 28-33 dərəcə isti olacağı gözlənilir.

    Bu barədə Milli Hidrometeorologiya Xidmətinin yaydığı xəbərdarlıqda qeyd olunub.

    ***

    12:18

    Bakıda və Abşeron yarımadasında avqustun 9-da hava şəraitinin günəşli keçəcəyi gözlənilir. Cənub-şərq küləyi əsəcək.

    Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

    Bildirilib ki, havanın temperaturu gecə 22-26° isti, gündüz 34-39° isti olacaq. Atmosfer təzyiqi 756 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 45-50 % olacaq.

    Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz saatlarında bəzi dağlıq ərazilərdən başlayaraq arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.

    Havanın temperaturu gecə 22-27° isti, gündüz 35-39°, bəzi yerlərdə 40° isti, dağlarda gecə 15-20° isti, gündüz 25-30° isti olacaq.