Sabah Azərbaycanda hava 38 dərəcəyə qədər isinəcək
Dəniz suyunun temperaturu 25-26 dərəcə istiyə çatacaq
Cümə axşamı, iyulun 6-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 20-25 dərəcə isti, gündüz 30-35 dərəcə isti olacaq, xəbəri Milli Hidrometeorologiya Departamenti yayıb.
Abşeron çimərliklərində mülayim şimal-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulba) 23-24, cənub çimərliklərində isə (Türkan, Hövsan, Sahil, Şıx) 25-26 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında da havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz Balakən-Şəki zonasının bəzi rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı, dolu düşəcəyi gözlənilir.
Havanın temperaturu gecə 21-26 dərəcə, gündüz 33-38 dərəcə, dağlarda gecə 11-16 dərəcə, gündüz 19-24 dərəcə təşkil edəcək.