XƏBƏRLƏR / Hava

Sabah Bakıda hava isti olacaq

Bu barədə Milli Hidrometeorologiya Xidmətindən xəbər verilib

Sabah Bakıda hava isti olacaq
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Fevralın 16-da gözlənilən hava proqnozu açıqlanıb.

    Bakı və Abşeron 

    Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi gündüz arabir güclənəcək.

    Havanın temperaturu gecə 4-7° isti, gündüz 15-20° isti olacaq. Atmosfer təzyiqi 767 mm civə sütunudan 759 mm civə sütununa enəcək. Nisbi rütubət 70-80 % olacaq.

    Azərbaycanın rayonları

    Fevralın 16-da Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Gecə və səhər bəzi dağlıq və dağətəyi rayonlarda arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

    Havanın temperaturu gecə 6-11° isti, gündüz 15-20° isti, dağlarda gecə 3-8° isti, gündüz 13-18° isti olacaq.