XƏBƏRLƏR / Hava

Sabah Bakıda sulu qar yağacaq

Gecə havanın temperaturu 0-2 dərəcə şaxta, gündüz 0+ 1 dərəcə olacaq.

Sabah Bakıda sulu qar yağacaq
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  •  Fevralın 9-da Bakıda və Abşeronda sulu qar yağacağı gözlənilir,. Bunu sinoptiklər bildiriblər.

    Günün ikinci yarısında şimal-qərb küləyi güclənəcək, gecə havanın temperaturu 0-2 dərəcə şaxta, gündüz 0+ 1 dərəcə olacaq.

    Ölkə rayonlarında bəzi yerlərdə sulu qar yağacaq. Dağlarda qar yağması intensiv olacaq. Qərb küləyi əsəcək.

    Aran rayonlarında havanın temperaturu gecə 0+4, gündüz müsbət 4+7 dərəcə olacaq. Dağlarda gecə mənfi 10-15, gündüz mənfi 3-8 dərəcə olacaq. Yollar buz bağlayacaq.