Bakıda güclü külək 35-ə yaxın ağac və budaq qırıb FOTO
Məlumatı Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi verib

Bakı şəhərinin bir sıra hissəsində iri və xırda gövdəli ağacların aşması qeydə alınıb.
Məlumatı Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi verib.
"7 Fevral 2025-ci il tarixində Bakı şəhərində əsən güclü külək nəticəsində 35 ədədə yaxın ağac və budaq qırılması faktı qeydə alınıb. Birliyin operativ qrupları tərəfindən ünvanlarda tədbirlər görülüb, qırılan ağaclar ərazidən uzaqlaşdırılıb. Hal-hazırdada tərəfimizdən operativ tədbirlər görülməkdədir", - deyə Birlikdən bildirilib.
Qeyd edək ki, iri gövdəli ağaclar ərazidən doğranaraq yığışdırılır.
Hal-hazırda Bakıda küləyin sürəti saatda 47-82 kilometr arasında dəyişir.