XƏBƏRLƏR / Hava

Zəfər yolu qardan təmizlənir

Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib

Zəfər yolu qardan təmizlənir
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Zəfər yolu qardan təmizlənir, yolun buz bağlamış hissələrinə qum-duz qarışımı səpilir, nəqliyyat vasitələrinin normal hərəkətinin təmin olunması istiqamətində işlər davam etdirilir.

    Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.

    AAYDA sürücülərə yollarda diqqətli olmağı və qış fəslinə uyğun təchiz edilmiş nəqliyyat vasitələrindən istifadə etməyi tövsiyə edir.