XƏBƏRLƏR / Hava

Sabah Bakıda və Abşeron yarımadasında hava yağmursuz keçəcək

Milli Hidrometeorologiya Xidməti xəbər verir

Sabah Bakıda və Abşeron yarımadasında hava yağmursuz keçəcək
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Azərbaycanda mayın 11-nə gözlənilən hava proqnozu açıqlanıb.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava əsasən yağmursuz keçəcək, gecə və səhər arabir duman olacağı gözlənilir, mülayim şimal-qərb küləyi səhər cənub küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 12-16°, gündüz 19-24° isti olacaq. Atmosfer təzyiqi 764 millimetr civə sütunundan 756 millimetr civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80, gündüz 50-60 faiz təşkil edəcək.

    Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi dağlıq və dağətəyi rayonlarda fasilələrlə yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq, mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 11-15° isti, gündüz 20-25° isti, dağlarda gecə 4-9° isti, gündüz 13-18° isti olacaq.