XƏBƏRLƏR / Hava

Sabah Bakıya və rayonlara yağış yağacaq

Milli Hidrometeorologiya Xidməti xəbər verir

Sabah Bakıya və rayonlara yağış yağacaq
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Azərbaycanda oktyabrın 6-na gözlənilən hava şəraiti açıqlanıb

    Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında fasilələrlə yağış yağacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var. Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 13-17°, gündüz 19-22° isti olacaq. Atmosfer təzyiqi 765 millimetr civə sütunu, nisbi rütubət isə 70-80 faiz təşkil edəcək.

    Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi şərq rayonlarında, axşam isə bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 8-13°, gündüz 19-24° isti, dağlarda gecə 2-7°, gündüz 13-18° isti olacağı ehtimal edilir.