XƏBƏRLƏR / Hava

Sabah bəzi yerlərdə hava yağıntılı olacaq

Milli Hidrometeorologiya Xidməti xəbər verir

Sabah bəzi yerlərdə hava yağıntılı olacaq
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Azərbaycanda iyulun 4-nə gözlənilən hava şəraiti açıqlanıb.

    Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub-şərq küləyi əsəcək. Nisbi rütubət gecə 75-80, gündüz 50-55 faiz təşkil edəcək.

    Havanın temperaturu gecə 20-24, gündüz 30-34 dərəcə isti olacaq.

    Azərbaycanın şimal və qərb rayonlarından başlayaraq bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə duman müşahidə ediləcək. Mülayim şərq küləyi əsəcək.

    Havanın temperaturunun gecə 20-24, gündüz 31-36, dağlarda gecə 10-15, gündüz 20-25, bəzi yerlərdə 27-32 dərəcə isti olacağı ehtimal edilir.