XƏBƏRLƏR / Hava

Sabah bəzi yerlərdə yağış yağacaq

Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb

Sabah bəzi yerlərdə yağış yağacaq
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Bakıda və Abşeron yarımadasında fevralın 25-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.

    Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

    Məlumata görə, ünün birinci yarısında bəzi yerlərdə çiskinli olacağı ehtimalı var. Şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

    Havanın temperaturu gecə 3 dərəcədən 5 dərəcəyədək, gündüz 6 dərəcədən 9 dərəcəyədək olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 70-80 % olacaq.

    Azərbaycanın rayonlarında hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Gündüz yağıntılar tədricən kəsiləcək. Gecə və səhər bəzi yerlərdə duman. Şərq küləyi əsəcək.

    Havanın temperaturu gecə 4 dərəcədən 7 dərəcəyədək, gündüz 10 dərəcədən 15 dərəcəyədək, dağlarda gecə 0 dərəcədən 4 dərəcəyədək, gündüz 5 dərəcədən 10 dərəcəyədək olacaq.