XƏBƏRLƏR / Hava

Sabah çimərliklərdə suyun hərarəti 26 dərəcə isti olacaq

Milli Hidrometeorologiya Xidməti xəbər verir

Sabah çimərliklərdə suyun hərarəti 26 dərəcə isti olacaq
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Avqustun 19-da Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb.

    Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, sabah Abşeron çimərliklərində mülayim şimal-qərb küləyi əsəcək.

    Dəniz suyunun temperaturu şimal çimərliklərində - Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh və Zağulbada 24-25, cənub çimərliklərində - Türkan, Hövsan, Sahil və Şıxda isə 25-26 dərəcə isti olacaq.