
Yanvarın 29-da Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, əsasən yağıntısız olacaq. Mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 3+6, gündüz müsbət 8+13 dərəcə olacaq. Rütubət 70-80 faiz olacaq.
Azərbaycanın rayonlarında yağıntı olmayacaq, bəzi yerlərdə arabir duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə mənfi 2 dərəcədən müsbət 3 dərəcəyədək, gündüz müsbət 7+12, dağlarda gecə mənfi 7-12, gündüz mənfi 3 dərəcədən müsbət 2 dərəcəyədək olacaq.