XƏBƏRLƏR / Hava

Sabah küləkli və yağışlı hava şəraiti gözlənilir

Milli Hidrometeorologiya xidməti xəbər verir

Sabah küləkli və yağışlı hava şəraiti gözlənilir
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • İyunun 6-sı səhər Bakının və Abşeron yarımadasının bəzi yerlərində yağış yağacağı ehtimalı var.

    Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, şimal-qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 17-22 dərəcə isti, gündüz 23-28 dərəcə isti olacaq.

    Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə isə leysan xarakterli intensiv və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi bəzi yerlərdə arabir güclü olacaq.

    Havanın temperaturu gecə 18-23 dərəcə isti, gündüz 26-31 dərəcə isti, dağlarda gecə 7-12 dərəcə isti, gündüz 13-18 dərəcə, bəzi yerlərdə 20-23 dərəcə isti olacaq.