XƏBƏRLƏR / Hava

Sabah küləkli, yağışlı hava şəraiti gözlənilir

Milli Hidrometeorologiya Xidməti xəbər verir

Sabah küləkli, yağışlı hava şəraiti gözlənilir
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Sabah, oktyabrın 4-də əsasən gecə və axşam saatlarında Bakıda  və Abşeron yarımadasının bəzi yerlərində yağış yağacağı, şimşək çaxacağı ehtimalı var.

    Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, arabir güclənən şimal-qərb küləyi əsəcəyi gözlənilir.

    Havanın temperaturu gecə 15-18 dərəcə isti, gündüz 19-24 dərəcə isti olacaq. 

    Sabah ölkənin bəzi yerlərində arabir leysan xarakterli yağış yağacağı gözlənilir.

    Ayrı-ayrı yerlərdə yağışın intensiv və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimal edilir. Yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Qərb küləyinin bəzi yerlərdə arabir güclənəcəyi gözlənilir.

    Havanın temperaturu gecə 14-18 dərəcə isti, gündüz 20-25 dərəcə isti, dağlarda gecə 1-5 dərəcə isti, gündüz 5-9 dərəcə isti olacaq.