XƏBƏRLƏR / Hava

Xocavənddə güclü dolu yağıb, yollar buz bağlayıb

Füzuli rayonunda da hazırda güclü dolu yağdığı bildirilir

Xocavənddə güclü dolu yağıb, yollar buz bağlayıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Xocavənd rayonunda qeyri-sabit hava şəraiti hökm sürür.

    APA-nın Qarabağ bürosunun xəbərinə görə, Xocavənd rayonu ərazisində güclü dolu düşüb. Doludan sonra yollar buz bağlayıb. Buz səbəbindən bəzi yollarda hərəkət çətinləşib.

    Füzuli rayonunda da hazırda güclü dolu yağdığı bildirilir.