XƏBƏRLƏR / Hava

Leysan yağacaq, dolu düşəcək

Milli Hidrometeorologiya Xidməti xəbərdarlıq edir

Leysan yağacaq, dolu düşəcək
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • İyunun 2-si axşam şimal və qərb rayonlarından başlayaraq iyunun 5-dək arabir leysan xarakterli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın intensiv və güclü olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimalı var.

    Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

    Bildirilib ki, gözlənilən yağıntılar ilə əlaqədar çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqaz ərazisindən axan çaylardan qısamüddətli sel və daşqın keçəcəyi ehtimal olunur.