XƏBƏRLƏR / Hava

Sabah ölkədə hava necə olacaq?

Milli Hidrometeorologiya Xidməti xəbər verir

Sabah ölkədə hava necə olacaq?
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Fevralın 11-də gözlənilən hava proqnozu açıqlanıb.

    Bakı və Abşeron 

    Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin arabir yağıntılı olacağı, 10-dan 11-nə keçən gecə və səhər bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir. Şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

    Havanın temperaturu gecə 1° şaxtadan 2°-dək isti, gündüz 2-5° isti olacaq. Atmosfer təzyiqi 767 mm civə sütunundan 762 mm civə sütununa enəcək. Nisbi rütubət 70-80 % olacaq.

    Gecə və səhər bəzi şəhərətrafı yolların buz bağlayacağı ehtimalı var.


    Azərbaycanın rayonları 

    Azərbaycanın rayonlarında hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman. Mülayim qərb küləyi əsəcək.

    Havanın temperaturu gecə 2° şaxtadan 2°-dək isti, gündüz 3-6° isti, dağlarda gecə 5-10° şaxta, yüksək dağlıq ərazilərdə 10-15° şaxta, gündüz 0-5° şaxta olacaq.

    Bəzi yolların buz bağlayacağı ehtimalı var.