Sabah Şuşaya növbəti köç gözlənilir
Ötən həftə ilk mərhələdə Şuşa şəhərinə 20 ailə - 88 nəfər köçürülüb
Sabah Şuşaya növbəti köç olacaq.
Respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış şuşalıların bir hissəsi doğma şəhərinə yola salınacaq.
Qeyd edək ki, ötən həftə ilk mərhələdə Şuşa şəhərinə 20 ailə - 88 nəfər köçürülüb.