XƏBƏRLƏR / Hava

Sabah yağışlı havalar davam edəcək

Milli Hidrometeorologiya Xidməti xəbər verir

Sabah yağışlı havalar davam edəcək
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Sabah, sentyabrın 8-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, gecə və səhər bəzi yerlərdə yağış yağacağı, şimşək çaxacağı, şimal-qərb küləyinin əcəcəyi ehtimalı var. Havanın temperaturu gecə 20-23° dərəcə isti, gündüz 25-29 dərəcə isti olacaq.

    Azərbaycanın bəzi rayonlarında arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv və güclü olacağı, dolu düşəcəyi ehtimalı var.

    Gecə və səhər bəzi rayonlarda duman olacağı, şərq küləyinin ayrı-ayrı yerlərdə arabir güclənəcəyi gözlənilir.

    Havanın temperaturu gecə 18-22 dərəcə isti, gündüz 23-28 dərəcə isti, dağlarda gecə 8-13 dərəcə isti, gündüz 13-18 dərəcə isti olacaq.