XƏBƏRLƏR / Hava

Sabah yollarda görünüş məsafəsi 1000 metrədək məhdudlaşacaq

Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib

Sabah yollarda görünüş məsafəsi 1000 metrədək məhdudlaşacaq
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Sabah Azərbaycanın magistral avtomobil yollarında müşahidə ediləcək vəziyyət açıqlanıb.

    Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

    Bildirilib ki, iyunun 5-də gecə və səhər saatlarında ölkə ərazisinin bəzi yerlərində dumanlı hava şəraiti ilə əlaqədar magistral avtomobil yollarında görünüş məsafəsinin 500-1000 metrədək məhdudlaşacağı gözlənilir.