XƏBƏRLƏR / Hava

Sabahdan havanın temperaturu 5-7 dərəcə enəcək

Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib

Sabahdan havanın temperaturu 5-7 dərəcə enəcək
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Dekabrın 13-ü gündüzdən 14-ü gündüzədək ölkə ərazisində hava şəraitinin arabir yağıntılı olacağı, şimal-qərb küləyinin güclənəcəyi gözlənilir.

    Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

    Bildirilib ki, havanın temperaturu ötən günlərlə müqayisədə 5-7 dərəcə enəcək.

    Bakıda və Abşeron yarımadasında dekabrın 13-ü axşamdan 14-ü gündüzədək bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir.

    Azərbaycanın rayonlarında dekabrın 13-ü axşamdan 14-ü gündüzədək hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısa müddətə leysan xarakterli intensiv olacağı, bəzi yerlərdə qara keçəcəyi ehtimalı var.

    Yağıntılı hava şəraiti ilə əlaqədar çaylarda sululuğun artacağı, Lənkəran-Astara bölgəsinin bəzi çaylarından qısamüddətli sel keçəcəyi ehtimal olunur.