"Sabah"ın baş məşqçisi "Litva Diplomatiyasının Ulduzu" oldu
Valdas Dambrauskasa fəxri adı Bakıda Litvanın xarici işlər naziri Kestutis Budris təqdim edib FOTO
Litva xarici işlər naziri Kestutis Budris Bakıda "Sabah" klubunun baş məşqçisinə mükafat təqdim edib.
Litva xarici işlər naziri bu barədə sosial media səhifəsində paylaşım edərək bildirib.

Budrisin sözlərinə görə, diplomatiya yalnız qapalı görüşlər və müqavilələrin imzalanması ilə məhdudlaşmır, həm də futbol vasitəsilə həyata keçirilə bilər.

"Sabah" klubunun baş məşqçisi Valdas Dambrauskasa "Litva Diplomatiyasının Ulduzu" mükafatını təqdim etməkdən qürur duyuram. O, komandanı Çempionlar Liqasına aparan ilk Litva baş məşqçisidir. Ona fədakarlığına, zəhmətinə və Litvanı qlobal futbol ictimaiyyətində yaxşı təmsil etdiyinə görə təşəkkür edirəm!", - deyə paylaşımda bildirilir.
Xatırladaq ki, əvvəlki gün Bakıda UEFA Çempionlar Liqasının əsas mərhələsinin beşinci turunda "Sabah" və "Barselona" arasında oyun keçirilib. Oyun Kataloniya klubunun 4-1 hesablı qələbəsi ilə başa çatıb.
1 dəqiqə