Paşinyan dəmir yolu məsələsində Lavrovu təəccübləndirib
Bu barədə Risiya XİN rəhbəri RBK-ya verdiyi müsahibəsində deyib
Lavrov: Paşinyanın dəmir yolu konsessiyanı satmaq çağırışı təəccüblüdür.
Rusiya xarici işlər naziri Ermənistanın Baş naziri Nikol Paşinyanın dəmir yolu idarəetməsini (konsessiyanı) satmaq təklifinin Moskva üçün təəccüblü olduğunu bildirib. O, bu açıqlamanı RBK televiziya kanalına verdiyi müsahibədə verib.
Lavrov qeyd edib ki, İrəvan öz mülahizələrinin məntiqini izah etməlidir. Moskva və İrəvan mütəmadi olaraq baş nazirin müavini səviyyəsində ünsiyyət qururlar və burada Cənubi Qafqaz Dəmir Yolu ilə bağlı vəziyyət də daxil olmaqla, istənilən məsələ müzakirə edilə bilər.
Ermənistanın keçmiş prezidenti Robert Köçəryanın və oğlunun həbsi, eləcə də təhlükəsizlik qüvvələrinin biznes qurumlarına qarşı hərəkətləri ilə bağlı suala Lavrov cavab olaraq Ermənistanın digər keçmiş prezidenti Sarkisyanı xatırladıb.
"Köçəryanın dövründə müdafiə naziri vəzifəsində çalışmış və sonradan prezident olmuş Sarkisyan haqda istintaq altında olan başqa bir prezident var. Xarici İşlər Nazirliyinin mövqeyi budur ki, biz Ermənistan xalqının maraqlarına uyğun hərəkət edirik. Biz əsrlər boyu Ermənistan xalqının maraqlarının xalqımızın maraqları ilə necə bir-birinə qarışdığını görürük", - nazir bildirib.
Lavrov Ermənistandan danışarkən Rusiyanın çevriliş etməyi öyrənməməsindən təəssüfləndi.
Rusiya xarici işlər naziri Sergey Lavrov Ermənistanla münasibətlər və Moskvanın "yumşaq güc"dən istifadəsindən danışarkən Rusiyanın çevriliş etməyi öyrənmədiyini bildirdi.
1 dəqiqə