Şahin Bağırov Dövlət Gömrük Komitəsinin sədri təyin edilib
Bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb
Prezident İlham Əliyev Şahin Bağırovun Azərbaycan Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.
Dövlət başçısının digər sərəncamı ilə Şahin Bağırov Azərbaycan Dövlət Gömrük Komitəsinin sədri təyin edilib.