Yevlaxda erməni əhalisinin nümayəndələri ilə görüş olacaq
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının bəyanatı
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının təklifi ilə 2023-cü il sentyabrın 21-də Yevlaxda Qarabağın erməni əhalisinin nümayəndələri ilə respublikanın Azərbaycanın Konstitusiyası və qanunları əsasında reinteqrasiya məsələlərinin müzakirəsi üçün görüş keçiriləcək.