XƏBƏRLƏR / Rəsmi

İlham Əliyev Donald Trampa qarşı sui-qəsdi pislədi

İlham Əliyev "X" hesabında paylaşım edib

İlham Əliyev Donald Trampa qarşı sui-qəsdi pislədi
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Trampa qarşı edilən hücum şok və dəhşət doğurur.

    Bu sözlər Azərbaycan Prezidenti İlham Əliyevin "X" hesabında paylaşımda yer alıb.

    "Biz bu siyasi zorakılıq aktını şiddətlə qınayırıq. Trampın tezliklə sağalmasını arzu edirik", - paylaşımda deyilir.

    Xatırladaq ki, ABŞ-ın Pensilvaniya ştatında Respublikaçılar Partiyasının builki prezident seçkilərində namizədi Donald Trampın mitinqi zamanı atəş açılıb, siyasətçi xəsarət alıb.