XƏBƏRLƏR / Təbiət

Sakit okeanda 7,4 bal gücündə zəlzələ baş verib

Bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb

Sakit okeanda 7,4 bal gücündə zəlzələ baş verib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Sakit okeanın Yeni Kaledoniya sahillərində 7,4 bal gücündə zəlzələ baş verib.

    Bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.

    Zəlzələnin episentri 94 mindən çox insanın yaşadığı Yeni Kaledoniyanın inzibati mərkəzi Noumea şəhərindən 416 kilometr cənub-şərqdə, 45 kilometr dərinlikdə qeydə alınıb.

    Həlak olanlar və dağıntılar barədə məlumat verilməyib.