Salyanda bir ailənin üç üzvü bıçaqlanıb
Oğul öz anasını, atasını və gəlini bıçaqlayıb YENİLƏNİB
15:11
Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Bu barədə TƏBİB-dən bildirilib.
"Müxtəlif bədən xəsarətləri alan pasiyentlər üzərində hazırda cərrahi əməliyyat icra olunur. Bir nəfərin vəziyyəti ağır, digər şəxsin vəziyyəti isə orta ağır qiymətləndirilir", məlumatda deylir.
***
14:44
Salyan rayonunda bir ailənin üç üzvü bıçaqlanıb, onlardan biri ölüb.
Hadisə rayonun Sarvan kəndində ailə münaqişəsi zəminində qeydə alınıb.
1998-ci il təvəllüdlü Pərvin İsmayılov anasını, atası, 1966-cı il təvəllüdlü Ağabala İsmayılovu və qardaşının həyat yoldaşı, 1988-ci il təvəllüdlü Təranə İsmayılovanı bıçaqlayıb.
Nəticədə ana aldığı xəsarətlərdən ölüb, digər iki yaralı xəstəxanaya yerləşdirilib.
Hadisəni törətməkdə şübhəli bilinən Pərvin İsmayılov polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
1 dəqiqə