Türkiyənin Artvin vilayətində kəndlilərlə inşaat işçiləri arasında silahlı toqquşma olub.
Bu barədə Türkiyə KİV-i məlumat yayıb.
Bildirilib ki, hadisə Hopa rayonunda qeydə alınıb. Meşə parkı layihəsi üçün tikinti texnikasının əraziyə daxil olması kəndlilərin narazılığı ilə nəticələnib. Bundan sonra tenderdə qalib gələn Məhəmməd Ustabaş adlı şəxs kəndlilərə odlu silahdan atəş açıb.
Hadisə nəticəsində bir nəfərin öldüyü, iki nəfərin yaralandığı deyilir.
Xəsarət alanlar xəstəxanaya yerləşdirilib.