XƏBƏRLƏR / İctimaiyyət

Samuxda 5 ay əvvəl Kürdə batan şəxsin meyiti tapılıb

Sudan meyiti tapılan şəxs 22 yaşlı İsmayıl Şubliyevdir

Samuxda 5 ay əvvəl Kürdə batan şəxsin meyiti tapılıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Samux rayonunda Kürdə batan şəxsin meyiti tapılıb.

    Sudan meyiti tapılan şəxs Samux rayonun Seyidlər kənd sakini 2003-cü il təvəllüdlü İsmayıl Şubliyevdir.

    Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

    Qeyd edək ki, hadisə bu ilin fevral ayında Kür çayının Samux rayonundan keçən hissəsində baş verib.

    Belə ki, Samux rayonu, Seyidlər kənd sakini 2003-cü il təvəllüdlü Şubliyev İsmayıl Xaliq oğlu, digəri Şəmkir rayon sakini, 1999-cu il təvəllüdlü Müşfiq İsmayılov balıq tutan zaman Kürdə batıblar.

    Hadisədən sonra Müşfiq İsmayılovun meyiti sudan çıxarılaraq ailəsinə təhvil verilmişdi.

    Faktla bağlı araşdırma aparılır.