XƏBƏRLƏR / Hadisə

Samuxda mikroavtobus aşıb, ölən və xəsarət alanlar var

YENİLƏNİB

Samuxda mikroavtobus aşıb, ölən və xəsarət alanlar var
  • Oxuma müddəti:

    1 dəqiqə

  • 13:49

    Samuxda baş verən qəza ilə bağlı TƏBİB məlumat yayıb:

    Samux rayonunda baş verən yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 3 nəfər (qadın) 25.01.2026-cı il tarixində saat 10:00 radələrində Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Akademik Z.Məmmədov adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

    Müxtəlif bədən xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyətləri stabil qiymətləndirilən şəxslərin müalicəsi müvafiq şöbədə davam etdirilir”.

    ***

    09:55

    Samux rayonunda mikroavtobus idarəetmədən çıxaraq aşıb.

    Hadisə rayonun Köbər kənd ərazisində qeydə alınıb.

    Qəza nəticəsində 2000-ci il təvəllüdlü Əsgərov Vüqar İlqar oğlunun öldüyü, daha bir neçə nəfərin xəsarət aldığı bildirilir.

    Mikroavtobusun fəhlələri daşıdığı qeyd olunur.

    Faktla bağlı araşdırma aparılır.