XƏBƏRLƏR / İctimaiyyət

Samvel Babayan Azərbaycanla danışıqlara cəhd edir

Bu barədə “Hraparak” məlumat yayıb

Samvel Babayan Azərbaycanla danışıqlara cəhd edir
Samvel Babayan
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Özünü buraxmış qondarma “Artsax”ın sonuncu başçısı Samvel Şahramanyanla separatçıların “sabiq müdafiə naziri” Samvel Babayan arasında görüş keçirilib. Bu barədə “Hraparak” məlumat yayıb.

    Bildirilib ki, Babayan və Şahramanyan Qarabağ ermənilərinin geri qayıtması problemini müzakirə etmək üçün görüşüblər.

    Babayan qayıdış məsələsini həll etməyə çalışmaq üçün Azərbaycanla danışıqlar aparmaq səlahiyyətinin ona verilməsinə təkid edib.

    Görüşdə Samvel Babayan bildirib ki, əgər Qarabağ ermənilərinin geri qayıtması mümkün olmayacaqsa, onda Ermənistan hökuməti qarşısında bleə bir məsələ qoyulsun ki, onları Zəngəzurda yığcam şəkildə yerləşdirsinlər.