70 yşlı Sarkozi 3 həftə həbsdə yatandan sonra evə buraxıldı
Fransanın sabiq Prezidenti beş il həbs cəzasına məhkum edilmiştir YENİLƏNİB
Paris Apellyasiya Məhkəməsi Fransanın sabiq prezidenti Nikola Sarkozinin həbs cəzasını məhkəmə nəzarəti ilə əvəzləyib.
Qərara əsasən, 70 yaşlı Sarkozi ayağına elektron qolbaq taxacaq.
Bildirilib ki, onun işi üzrə təqsirləndirilən və şahid qismində çıxış edən şəxslərlə əlaqə saxlaması qadağan olunur.
18:30
Məhkəmə prokurorluğun vəkillərin apellyasiya müraciətinə dair vəsatətini təmin edib. Beləliklə, keçmiş prezident cəzasının bir hissəsini çəkdikdən – təxminən üç həftə həbsdə qaldıqdan sonra azadlığa buraxılıb.
Qeyd edək ki, keçmiş prezident seçki kampaniyasının qanunsuz maliyyələşdirilməsinə görə beş il müddətinə azadlıqdan məhrum edilmişdi.
***
16:52
Fransanın sabiq Prezidenti Nikola Sarkozi azadlığa buraxılmaq ümidi ilə bu gün yenidən ədalət mühakiməsi qarşısına çıxıb. O, 2007-ci il prezident seçki kampaniyasının Liviya tərəfindən qanunsuz maliyyələşdirilməsi işi çərçivəsində aldığı beş il həbs cəzası qərarına etiraz edir.
Bu gün səhər saat 9:30-da Paris Apellyasiya Məhkəməsində N.Sarkozinin vəkillərinin azadlığa buraxılma tələbi üzrə dinləmələr başlayıb. Qanunlara əsasən, belə müraciətlər zamanı məhbuslar zala gətirilmir, buna görə də keçmiş prezident videokonfrans vasitəsilə dindirilib.

Onun oğlu Jan Sarkozi və həyat yoldaşı, məşhur müğənni Karla Bruni isə məhkəmə zalında iştirak ediblər və dinləməni yaxından izləyiblər.
N.Sarkozinin bəzi partiya həmkarları onun azadlığa buraxılmasını dəstəkləyirlər.
Sentyabrın 25-də Paris Cinayət Məhkəməsi Nicola Sarkozini beş il müddətinə real həbs cəzasına məhkum edib. O, Müəmmar Qəddafinin rəhbərlik etdiyi Liviya rejimindən gizli maliyyə dəstəyi almaq üçün yaxın ətrafına göstəriş verdiyinə görə cinayətkar birlikdə iştirak maddəsi ilə təqsirli bilinib. Bu, Fransanın tarixində ilk dəfə keçmiş prezidentin həbsxanaya göndərilməsi ilə nəticələnən məhkəmə qərarı olub. N.Sarkozi qərardan apellyasiya şikayəti verib, lakin həbs qərarı dərhal icra edilib.
Bu iş üzrə Sarkozi ilə birlikdə üç nəfər həbs olunmuşdu. Onlardan biri - keçmiş bankir Vahib Naser artıq məhkəmə nəzarəti altında azadlığa buraxılıb. Digər təqsirləndirilən, biznesmen Aleksandr Cuhri isə qaçış riski səbəbindən həbsdə saxlanılır.
N.Sarkozinin “La Santé” həbsxanasında keçirdiyi 20 gün ərzində bir sıra qalmaqallar yaşanıb. Onun təhlükəsizliyini təmin edən iki polis əməkdaşının daimi iştirakı penitensiar nəzarətçi həmkar ittifaqlarının narazılığına səbəb olub. Bəzi məhbuslar gecə vaxtı keçmiş prezidentə təhdidlər də yönəldiblər.
Bundan başqa, ədliyyə naziri Jerald Darmaninin N.Sarkoziyə həbsxanada baş çəkməsi ölkənin hüquq ictimaiyyətində sərt tənqidlər doğurub.
İndi diqqət Paris Apellyasiya Məhkəməsinə yönəlib. Sarkozinin azadlığa buraxılıb-buraxılmayacağı növbəti günlərdə məlum olacaq. Nəticədən asılı olmayaraq, bu iş Fransa siyasətində və ədalət sistemində tarixi presedent kimi qalacaq.
3 dəqiqə