BLOQ

SEÇKİ-2024

YENİLİKLƏR MSK-nın Müstəqil Media Mərkəzi fəaliyyətə başlayıb

SEÇKİ-2024
  • Oxuma müddəti:

    5 dəqiqə

  • Prezidentliyə namizədlərin ödənişsiz efir vaxtının bölgüsü üçün püşkatma keçirilib

    Mərkəzi Seçki Komissiyası yanvarın 15-də prezidentliyə namizədlər arasında ödənişsiz efir vaxtının bölgüsü məqsədilə püşkatma keçirib.

    Trend xəbər verir ki, prezidentliyə namizədlərin İctimai Televiziya və Radio Yayımları Şirkətində ödənişsiz efir vaxtında çıxış etmə ardıcıllığı məlum olub.

    Püşkatmanın nəticəsinə görə,

    - Namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc 1-ci,

    - Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa 2-ci,

    - Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev 3-cü,

    - Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev 4-cü,

    - Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev 5-ci,

    - Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev 6-cı,

    - Namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev 7-ci çıxış edəcəklər.

    ***

    Azərbaycanda prezidentliyə namizədlərin ödənişsiz efir vaxtında çıxışlarının ardıcıllığı müəyyənləşib

    Mərkəzi Seçki Komissiyası yanvarın 15-də prezidentliyə namizədlər arasında ödənişsiz efir vaxtının bölgüsü məqsədilə püşkatma keçirib.

    Prezidentliyə namizədlərin İctimai Televiziya və Radio Yayımları Şirkətində ödənişsiz efir vaxtında çıxış etmə ardıcıllığı məlum olub.

    Püşkatmanın nəticəsinə görə, namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc 1-ci, Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa 2-ci, Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev 3-cü, Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev 4-cü, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev 5-ci, Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev 6-cı və namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev 7-ci çıxış edəcəklər.

    ***

    MSK-nın Müstəqil Media Mərkəzi fəaliyyətə başlayıb

    Mərkəzi Seçki Komissiyasının (MSK) “Seçki - 2024” Müstəqil Media Mərkəzi fəaliyyətə başlayıb.

    Mərkəzin məqsədi 2024-cü il fevralın 7-də Azərbaycanda keçiriləcək növbədənkənar Prezident seçkiləri, onun ayrı-ayrı mərhələləri, səsvermə prosesi, seçki institutlarının, müşahidə missiyalarının, ekzitpol (exit-poll) keçirən təşkilatların fəaliyyəti haqqında dolğun məlumatları Azərbaycan ictimaiyyətinə, yerli və xarici mediaya operativ şəkildə çatdırmaqdır.

    Mərkəzin secki-2024.az saytı Azərbaycan, rus və ingilis dillərində fəaliyyət göstərir.

    Saytda seçki prosesi ilə bağlı səlahiyyətli şəxslərin və ekspertlərin rəyləri, açıqlama və bəyanatları yerləşdirilir. Eyni zamanda, seçkilərlə bağlı foto və videomateriallar təqdim edilir.

    Mərkəzin həm feysbuk səhifəsi, həm də teleqram kanalı aktiv fəaliyyət göstərir.

    ***

    YAP İlham Əliyevin təşviqatına start verdi

    Yeni Azərbaycan Partiyası (YAP) 2024-cü il fevralın yeddisində keçiriləcək Azərbaycan Respublikasının Prezidenti seçkisində irəli sürdüyü namizəd İlham Heydər oğlu Əliyevin təşviqat kampaniyasına start verib.

    Partiyanın bununla bağlı açıqlamasında qeyd olunub: “İnanırıq ki, qalib Azərbaycan xalqının seçimi Vətənə, xalqa ləyaqətlə xidmət göstərən, verdiyi vədlərə əməl edərək ölkəmizə möhtəşəm nailiyyətlər qazandıran və parlaq Qələbə bəxş edən, suverenliyimizin bərpasına nail olan Qalib Lider - İlham Əliyev olacaq”.

    ***

    Bu gündən prezident seçkilərinin təşviqat kampaniyasıdır

    Bu gündən növbədənkənar prezident seçkiləri ilə əlaqədar seçkiqabağı təşviqatın aparılmasına başlanacaq.

    Fevralın 6-sı saat 8:00-da təşviqatın aparılması dayandırılacaq.

    Seçki Məcəlləsinə əsasən, qeydə alınmış namizədlər, onların səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxsləri, namizədi qeydə alınmış siyasi partiyalar, siyasi partiyaların blokları, onların səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxsləri tərəfindən seçkiqabağı təşviqatın aparılmasına səsvermə gününə 23 gün qalmış başlanmalı və səsvermənin başlanmasına 24 saat qalmış dayandırılmalıdır.

    Qeyd edək ki, fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçiriləcək. Yanvarın 9-da prezidentliyə namizədliyin qeydə alınması başa çatıb. Seçkidə 7 namizəd mübarizə aparacaq.

    Prezidentliyə namizədliyi qeydə alınan şəxslər isə aşağıdakılardır:

    1. Hakim Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev;

    2. Namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc;

    3. Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev;

    4. Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa;

    5. Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev;

    6. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev;

    7. Namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev.