Səfirimiz etimadnaməsini İsrail Prezidentinə təqdim edib
İsrailin Prezidenti İshak Hersoq isə bu münasibətlə İlham Əliyevi təbrik edib
Azərbaycanın İsraildəki səfiri Muxtar Məmmədov etimadnaməsini İsrail Prezidenti İsaak Hersoqa təqdim edib.
Bu barədə səfir öz "Twitter" səhifəsində paylaşım edib.
O yazıb ki, Azərbaycan Respublikasının İsraildə 1-ci səfiri kimi İsrail Dövlətinin Prezidentinə Etimadnaməmi təqdim etməkdən şərəf və qürur duyur.
Bundan sonra İsrailin Prezidenti İshak Hersoq Azərbaycan Prezidenti İlham Əliyevi bu münasibətlə Twitter hesabında təbrik edib.