Səhərdən bir neçə nəfər İrəvanda mərkəzi yolları bağlayır
Özlərini Qarabağ ermənisi kimi qələmə verən azsaylı kütlə İrəvanda etiraz aksiyası keçirir FOTO
Bir qrup gənc İrəvanda səhər saatlarından mərkəzi küçələri bağlamağa cəhd edib. Onlar Qarabağın "blokada"sına və "humanitar böhrana"a etiraz edirlər. Polis qarışmır, lakin etirazçıların sayı az olduğundan sürücülərin təhziqi nəticəsində yollar tez bir zamanda açılır.
Etirazçılar vətəndaşları küçələrə çıxaraq onlara qoşulmağa çağırıblar.
Erməni KİV-ləri yazıır ki, aksiya Sarkisyan-Koçaryan cütlüyü və başqa rusiyapərəst qüvvələri tərəfindən təşkil edilib. Onların məqsədi Azərbaycanla Ermənistan arasında Sülh sazişinin imzalanmasının qarşısını almaqdır