
"El Nacional" yazır ki, polis nümayişçilərə qarşı gözyaşardıcı qazdan istifadə edib, 20-yə yaxın adam saxlanılıb. "NTN24" telekanalı mülki geyimli şəxslərin etirazçılara atəş açdığını bildirib.
"AFP"in qeyd etdiyi kimi, müxalifət liderləri küçə etirazlarına çağırmadılar - onlar kortəbii şəkildə başladılar.
“Bloomberg” ABŞ Prezident Administrasiyasının yüksək vəzifəli rəsmilərinə istinadən xəbər verir ki, Venesuelada keçirilən prezident seçkilərində səsvermənin nəticələri ABŞ-ın nəzərdən keçirdiyi müstəqil məlumatlarla üst-üstə düşmür və buna görə də Vaşinqton mövcud sanksiyaların ləğvini istisna edir və eyni zamanda onun mümkünlüyünü də nəzərdən keçirir.