Şəhid gizirin son arzusu

Bu barədə Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli məlumat verib

  • Oxuma müddəti:

    0 dəqiqə

  • Ötən gün sosial şəbəkələrdə uşaqlıq dostu Elvin Heydərovla danışarkən videosu yayılan şəhid gizir Nəcməddin Quliyevin son arzusu reallaşdırılıb. 

    Bu barədə ANS Press-ə Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli məlumat verib

    Belə ki, video yayılan kimi dərhal AAYDA-nin rəhbərliyi tərəfindən Cəlilabad rayonu “46 N-li Yol İstismarı” MMC-ə şəhid gizirin yaşadığı Çünzəli kəndinin yolunun asfaltlanması ilə bağlı tapşırıq verilib. 

    MMC tərəfindən bir-neçə saat ərzində əraziyə lazımi texnikalar və canlı qüvvə səfərbər olunaraq asfaltlanma işləri icra olunaraq yekunlaşdırılıb.

    Allah bütün Şəhidlərimizə rəhmət eləsin!