XƏBƏRLƏR / İctimaiyyət

Şəhid Orxan Novruzəlizadə Ağstafada torpağa tapşırıldı

Orxan Novruzəlizadə mayın 11-də Ermənistan silahlı qüvvələri tərəfindən qətlə yetirilib

Şəhid Orxan Novruzəlizadə Ağstafada torpağa tapşırıldı
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Ağstafa rayonunda erməni təxribatı nəticəsində həlak olan Azərbaycan Ordusunun hərbi qulluqçusu Orxan Novruzəlizadə ilə vida mərasimi keçirilir.

    Mərasimdə rayonun rəsmiləri, hərbçilər, hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak edirlər. Vida mərasimi başa çatdıqdan sonra Orxan Novruzəlizadə Ağstafa rayonunun Vurğun kəndindəki qəbiristanlıqda torpağa tapşırılacaq.

    Mayın 11-də Ermənistan silahlı qüvvələrinin bölmələrinin qəsdən törətdiyi təxribat nəticəsində müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu Orxan Novruzəlizadə (1998-ci il təvəllüdlü) şəhid olub.