XƏBƏRLƏR / İctimaiyyət

Rio-de-Janeyroda “Azərbaycan” adlı məktəb açılıb

Bu barədə Azərbaycanın Braziliyadakı səfiri Rəşad Novruz xəbər verib

Rio-de-Janeyroda “Azərbaycan” adlı məktəb açılıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Azərbaycanın Braziliyadakı səfiri Rəşad Novruz Rio-de-Janeyrodakı Azərbaycan məktəbi haqqında yazı paylaşıb.

    Azərbaycanlı diplomat öz Facebook səhifəsində status yazaraq qeyd edib ki, bu məktəbin fəaliyyəti ölkəmizin Braziliyadakı dostlarının sayını artıracaq.

    “Münasibətlərimiz dostluq ənənələrinə əsaslanır və möhkəmlənir. Bu istedadlı braziliyalı uşaqlar hansı peşəni seçmələrindən asılı olmayaraq, Azərbaycanın populyarlaşdırdığı insanlar sırasında olacaq və bizim dostlarımız olacaqlar”, - deyə səfir yazıb.