Nikahların sayı azalıb, boşanmalar artıb
Bu barədə Dövlət Statistika Komitəsindən məlumatverilib
Cari ilin ilk dörd ayında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 15065 nikah və 6920 boşanma halları qeydə alınıb.
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı azalaraq 5,6-dan 4,5-ə düşüb.
Rəsmi məlumatda qeyd olunub ki, boşanmaların sayı isə 1,5-dən 2,1-ə qədər artıb.