XƏBƏRLƏR / Hərbi

Şəhid Səbuhi Tağıyev Şahbuz rayonunda torpağa tapşırılıb

Şəhidlə Badamlı qəsəbəsindəki evlərində vida mərasimi keçirilib.

Şəhid Səbuhi Tağıyev Şahbuz rayonunda torpağa tapşırılıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Ötən gün Ermənistan silahlı qüvvələrinin Azərbaycan Ordusunun Laçın rayonu istiqamətindəki mövqelərini atəşə tutması nəticəsində şəhid olan hərbi qulluqçu Səbuhi Gündüz oğlu Tağıyevin nəşi anadan olduğu Şahbuz rayonuna aparılıb.

    Şəhidlə Badamlı qəsəbəsindəki evlərində vida mərasimi keçirilib.

    Daha sonra şəhid Səbuhi Tağıyev Şahbuz rayonunun Badamlı qəsəbə qəbiristanlığında torpağa tapşırılıb.

    Vida və dəfn mərasimlərində şəhidin ailə üzvləri və yaxınları ilə yanaşı, rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, idarə və təşkilatların rəhbərləri, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər.