XƏBƏRLƏR / Dünya

Seneqalda qeyri-qanuni miqrantları daşıyan qayıq aşıb

Bu barədə Seneqal Daxili İşlər Nazirliyi məlumat yayıb

Seneqalda qeyri-qanuni miqrantları daşıyan qayıq aşıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Seneqalda İspaniyaya gedən qeyri-qanuni miqrantları daşıyan qayığın aşması nəticəsində 8 nəfər həyatını itirib.

    Seneqal Daxili İşlər Nazirliyindən verilən yazılı açıqlamada ölkənin cənubundakı Kafountine kəndindən İspaniyanın Kanar adalarına gedən qayığın Saint-Luis şəhəri sahillərində çevrildiyi bildirilib.

    Hadisə yerinə gedən daxili işlər naziri Antuan Feliks Diome qayıqda 60 nəfərin olduğunu, 8 nəfərin cəsədinin tapıldığını deyib.