SEPAH və Azərbaycan Ordusu Qarabağda hərbi təlim keçirir
Bu barədə "Tasnim" məlumat yayıb YENİLƏNİB / VİDEO

16:31
İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) və Azərbaycan Respublikası Ordusu Qarabağ bölgəsi daxilində birgə hərbi təlim keçirib.
Bu barədə "Tasnim" məlumat yayıb.
“Araz 2025” kod adlı birgə təlimlər bazar günü Azərbaycan Respublikasının işğaldan azad etdiyi Qarabağ ərazilərində başlayıb.
İslam İnqilabı Keşikçiləri Korpusunun Quru Qoşunlarının və Azərbaycan Respublikası Ordusunun xüsusi təyinatlılarının iştirak etdiyi "döyüş oyunu" mayın 21-dək davam edəcək.
İran İslam İnqilabı Keşikçiləri Korpusunun Quru Qoşunları komandanının əməliyyatlar üzrə müavini və birgə təlimin komandiri general Vəli Mədani bildirib ki, İran İslam İnqilabı Keşikçiləri Korpusunun xüsusi təyinatlı qüvvələri Azərbaycan Respublikasında keçirilən təlimlərdə iştirak etmək üçün İranın şimal-qərbindəki Ərdəbil əyalətindəki Bileh Savar quru sərhəd keçid məntəqəsini keçiblər.
O, "Bu "müharibə oyunu" ümumi sərhədin təhlükəsizliyinin gücləndirilməsi və mümkün təhdidlərin qarşısının alınması istiqamətində mühüm addımdır" deyib.
İran və Azərbaycan 2024-cü ilin noyabrında ümumi sərhəddə oxşar təlim keçirib.
Azərbaycan hərbi heyəti "Araz 2024" "döyüş oyunu"nu izləmək üçün İranın Ərdəbil vilayətinə səfər edib.
***
11:15
Azərbaycanda keçirilən “Araz-2025” birgə təliminə İran İslam Respublikasından cəlb olunan heyətin rəhbəri və digər iştirakçılar ölkəmizə səfər edib.
Bu barədə Müdafiə Nazirliyindən bildirilib.
VİDEO
Hər iki ölkənin təlim rəhbərləri və digər yüksək səviyyəli üzvləri arasında görüş keçirilib.
Görüşdə təlimin məqsədi, ssenarisi və keçiriləcəyi ərazi, hazırlıq prosesi, təhlükəsizlik qaydaları, həmçinin müxtəlif mərhələlər üzrə icra olunacaq tapşırıqlar barədə brifinq təqdim olunub.
Qeyd edək ki, “Araz – 2025” birgə təlimi işğaldan azad edilmiş ərazilərdə mayın 21-dək davam edəcək.