XƏBƏRLƏR / Hərbi

Sərhəddə yaşayan ermənilərə xəbərdarlıq edildi

Ermənistanın Müdafiə Nazirliyi xəbər verir

Sərhəddə yaşayan ermənilərə xəbərdarlıq edildi
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Ermənistanın Azərbaycanla sərhəddə yerləşən Tavuş bölgəsinin Berkaber kəndindən 1540 metr şimal-şərqdə partlayış işləri aparılacağına dair yerli sakinlərə xəbərdarlıq edilib.

    Ermənistanın Müdafiə Nazirliyi xəbər verir ki, partlayış 08:10-dan 08:40-dək olan vaxt aralığında baş verəcək.

    Sakinlərdən panikaya düşməmək xahiş olunub.