XƏBƏRLƏR / Qonşular

Serj Sarkisyan "Yerablur" qəbiristanlığının ərazisini satıb

Keçmiş prezidentə 23 epizod üzrə 3 maddə ilə ittiham irəli sürülüb

Serj Sarkisyan "Yerablur" qəbiristanlığının ərazisini satıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Ermənistanda hərbi cani Serjik Sarkisyan “Yerablur”un ərazisini zəbt etməkdə ittiham olunub.

    Erməni KİV-lərinin məlumatına görə, İrəvanın İsakov prospekti və "Yerablur" hərbi qəbiristanlığına bitişik torpaq sahələrinin qanunsuz özgəninkiləşdirilməsi faktları üzrə başlanmış cinayət işi çərçivəsində Serj Sarkisyana qarşı 18 halda xüsusilə külli miqdarda oğurluq, 2 epizodda çirkli pulların yuyulması və 3 epizodda əlbir olmaq maddəsi ilə ittiham irəli sürülüb.

    Sarkisyana qarşı İrəvanı tərk etməmək barədə tədbir seçilib.