Səudiyyə Ərəbistanında rəsmi olaraq Həcc ziyarəti başlayıb
Bütün ritualların icrası üçün beş gün ayrılır

Bu gün Səudiyyə Ərəbistanında müqəddəs yerlərin ziyarəti olan Həcc ziyarəti rəsmi olaraq başlayıb. Bütün ritualların icrası üçün beş gün ayrılır.
Bir milyondan çox müsəlman iyunun 4-də gün batana qədər namaz qılmaq üçün Ərəfat dağına çıxıb. Möminlərin bəziləri Məkkədən dağa piyada, bəziləri isə avtobusla daşınırdı. Onların 2010-cu ildə açılan metro xəttinə də çıxışı var idi.
Bu il Həcc ziyarəti iyunun 4-9-na düşüb. Yerli KİV-in məlumatına görə, artıq ölkəyə 1,5 milyona yaxın zəvvar gəlib. Həcc ziyarəti başlamazdan əvvəl Həcc naziri Tofiq Əl-Rəbiah yerlərdə yoxlama aparıb. Bildirilir ki, 40-dan çox dayaq məntəqəsi təşkil edilib ki, burada xüsusi təyinatlı 11 min əməkdaş zəvvarlara lazımi köməklik göstərməyə hazırdır. Ümumilikdə istilərlə əlaqədar 250 minə yaxın insan cəlb olunub. Zəvvarların kölgədə dincəlməsi və tibbi yardım ala biləcəyi zonalar yaradılıb.
Səudiyyə Ərəbistanının Daxili İşlər Nazirliyi müqəddəs yerlərə necə getmək, hansı marşrutları seçmək və izdihamdan necə qaçmaq barədə tövsiyələr verib.
Meteoroloji xidmət müsəlmanların müqəddəs yerləri ərazisində havanın temperaturunun 40 dərəcəni keçəcəyi ilə bağlı xəbərdarlıq edir. Zəvvarlara istilərin pik həddə çatdığı səhər saat ondan günorta dördə qədər kondisionerli çadırlarda qalmaları tövsiyə olunur.