XƏBƏRLƏR / Din

Həccdə 577 zəvvar vəfat edib

Onların 23-ü Türkiyə vətəndaşıdır

Həccdə 577 zəvvar vəfat edib
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Səudiyyə Ərəbistanında Həcc ziyarəti zamanı 577 zəvvar ölüb.

    Bu barədə "Associated France Press" agentliyi mənbələrə istinadən məlumat yayıb.

    Agentliyin məlumatına görə, ölənlərdən 323-ü isti hava ilə bağlı xəstəliklərdən dünyasını dəyişən Misir vətəndaşları olub. Daha 60 ölü iordaniyalıdır. Ölənlər arasında 23 nəfər Türkiyə vətəndaşıdır.

    Adının açıqlanmasını istəməyən Misir rəsmisi AFP-yə bildirib ki, ölənlərin sayının çox olması izdiham və həccin hansı şəraitdə baş tutması ilə bağlıdır. İştirakçıların çoxu qeydiyyatdan keçməyib - onların gəlişi zəvvarların yaşadıqları düşərgələrdə izdihamın yaranmasına səbəb olub.

    Qeyd edək ki, bu il təqribən 1 milyon 830 min zəvvar Həcc ziyarətinə gedib, onlardan 1,6 milyonu əcnəbidir. 

    Agentliyin həmsöhbətlərinin sözlərinə görə, Həcc ziyarəti zamanı zəvvarlar uzun müddət yeməksiz, susuz qalıblar. Onların da istidən gizlənəcək yerləri yox idi.

    Məkkədə dini ayinlərin keçirildiyi ərazidə temperatur hər on ildən bir 0,4 dərəcə yüksəlir. İyunun 17-də Məkkədə Məscidül-həramda temperatur 51,8 dərəcə olub.

    Qeyd edək ki, həcc ziyarəti iyunun 14-də başlayıb və iyunun 19-dək davam edəcək.